Dopinq testindən qaçan atlet

Dopinq testindən qaçan atlet

Atletika üzrə İntizam Komitəsi 24 yaşlı Keniya idmançısı Patrik Sileni 3 il yarım müddətində diskvalifikasiya etmək barədə qərar qəbul edib. Buna səbəb atletin ötən ilin dekabr ayında Kapsabet şəhərində dopinq zabitlərindən qaçması olub. Şahidlərin sözlərinə görə zabitlərin onun gözləməsinə baxmayaraq, idmançı hasardan atlayaraq ərazini tərk edib. Belə qanun pozuntusuna görə ona dörd il idmandan uzaqlaşdırma nəzərdə tutulurdu. Lakin təşkilat P.Silenin etidiyi əməldən peşman olmasını nəzərə alaraq, diskvalifikasiya müddətini altı ay azaltmaq barədə qərar verib.
Qeyd edək ki, Patrik Sile Keniyadan olan və hazırda dopinq diskvalifikasiyası verilən 66-cı idmançıdır.