“Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir

“Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir


Qəzetimiz 20 il ərzində idmanın təbliği ilə yanaşı, ölkə və beynəlxalq miqyaslı tədbirlərin keçirilməsinə də xüsusi önəm verib. Müxtəlif layihələrin həyata keçirilməsinə böyük əhəmiyyət verən "Olimpiya dünyası” qəzeti bir sıra ölkədaxili və beynəlxalq miqyaslı yarışların, eləcə də mədəniyyət tədbirlərinin təşkilatçısı olub.
Ölkəmizdə idman sahəsində baş verən yenilikləri, böyük idmanda təmsilçilərimizin əldə etdikləri uğurları, bu sahənin inkişaf perspektivlərini daim diqqətdə saxlayan "Olimpiya dünyası” qəzeti bədən tərbiyəsi və idmanın kütləvi xarakter alması üçün təbliğat və təşviqat işlərini genişləndirir. Belə ki, qəzetimiz insanların sağlamlıqlarının qorunmasında, onların asudə vaxtlarının təşkilində önəmli rol oynayan bədən tərbiyəsi və idmanın cəzaçəkmə müəssisələrində də təbliğinə xüsusi diqqət yetirib.

Milli Olimpiya Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında "Cəzaçəkmə müəssisələrində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, idmana maraqlarının artırılması və vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə birgə görüləcək işlərə dair” müqavilə imzalanmışdır. Bu müqavilədə əksini tapan tədbirlər planına əsasən ayrı-ayrı cəzaçəkmə müəssisələrində görüşlər təşkil edilmişdir. Belə tədbirlərdə tanınmış idmançılarımız və idman rəsmiləri məhbuslarla görüşərək, onlara mənəvi dəstək vermişlər. 20 il ərzində "Olimpiya dünyası”nın təşkilatçılığı ilə keçirilən tədbirləri bir araya toplayaraq cəzaçəkmə müəssələrində təşkil edilən çoxsaylı tədbirləri xronoloji ardıcıllıqla oxucularımıza təqdim edirik.

*      *      *
 

"Olimpiya dünyası” qəzetinin 5 illik yubileyi ərəfəsində - 2006-cı ildə ilk belə tədbir Yetkinlik Yaşına Çatmayanların Tərbiyə Müəssisəsində keçirilib. Noyabrın 23-də tərbiyə müəssisəsinin akt zalında "Olimpiya dünyası” qəzetinin kollektivi və bir sıra KİV nümayəndələrinin iştirakı ilə məhkum uşaqlarla görüş təşkil olunub. Görüşdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin islah işləri və sosial müdafiə şöbəsinin rəisi Rafiq Ramazanov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti (AİJA) Eldar İsmayılov və Olimpiya çempionu Fərid Mansurov da iştirak ediblər. Yeniyetmələr Olimpiya çempionumuza onları maraqlandıran bir sıra suallarla müraciət ediblər. Tərbiyə olunanlardan Orxan Hüseynov "İdmana gəlişinizin səbəbi nə olub?”, Sərxan Bağırov "Olimpiya çempionunun ən böyük arzusu nədir?”, Teymur Məmmədov "Ən güclü rəqibin kimdir?”, Şəhriyar Hüseynov isə "Ailənizdə daha kim idmanla məşğul olur və ilk dəfə kimə qalib gəlmisiniz?” suallarına görə qiymətli hədiyyələr və diplomlarla təltif olunublar.
ƏFA və "Məşəl” klubları taekvondoçularının nümunəvi proqramla çıxışları da uşaqların ürəyincə olub.

Qeyd edək ki, tədbir çərçivəsində stolüstü tennis yarışları da keçirilib. Yarışlara Rizvan Əhədov hakimlik edib. Turnir Heydər Əliyev adına liseyin və cəzaçəkmə müəssisəsinin idmançıları arasında keçirilib. Cəzaçəkmə müəssisəsinin tennisçiləri Rahid Mehdiyev, İmran Məmmədov və Pərviz Muxtarov, müvafiq olaraq, ilk üçlükdə qərarlaşıblar. Qaliblər "Olimpiya dünyası”nın qiymətli hədiyyələri, diplomlar və medallarla təltif olunublar. Vasif Abışov, Vüsal Tahirov, Vasif Qasımov, Ağayar Əliyev və Süleyman Hacıyev həvəsləndirici mükafatlarla təltif olunublar. Tədbirin sonunda "Olimpiya dünyası” qəzeti tərəfindən cəzaçəkmə müəssisəsinin rəisi İmran Məmmədov, ƏFA və "Məşəl” klublarının məşqçisi Əvəz Tağıyevə diplom və hədiyyələr təqdim olunub.


 

*     *     *
 

Növbəti tədbir 2007-ci il martın 5-də "Olimpiya dünyası” ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 4 saylı Cəzaçəkmə Müəssisəsində təşkil edilib. 8 Mart-Beynəlxalq Qadınlar Günü ərəfəsində belə bir tədbirin keçirilməsində əsas məqsəd azadlıqdan məhrumetmə ilə bağlı yaranmış gərginliyi aradan qaldırmaq, məhbusların psixoloji durumunu sabit saxlamaq və onların asudə vaxtının maraqlı və səmərəli təşkilinə kömək göstərmək idi. Cəzaçəkmə müəssisəsində voleybol üzrə yarış keçirilib, bu yarışlara tanınmış voleybolçu Alla Həsənova hakimlik edib, qaliblərə və daha əlli məhbus qadına hədiyyələr təqdim olunub. Tədbir zamanı həmçinin Olimpiya, dünya və Avropa çempionları ilə məhbusların görüşü də keçirilib. Milli Olimpiya Komitəsi tərəfindən penitensiar xidmətin cəzaçəkmə müəssisələrinin kitabxanalarına MOK-un nəşrlərindən nümunələr və bu müəssisənin yeni açılmış trenajor zalına idman velosipedi verilib.

*      *      *

Ənənəsinə sadiq qalan "Olimpiya dünyası” qəzeti Azərbaycan Mətbuat Şurası ilə birgə 2008-ci il oktyabrın 8-də Yetkinlik Yaşına Çatmayanların Tərbiyə Müəssisəsinin akt zalında bir sıra KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirib. Tədbirdə "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Milli Olimpiya Komitəsinin məsul işçisi Nazir Rəhimov, Ədliyyə Nazirliyi Penitensiar Xidməti İdarəsinin rəisi, ədliyyə polkovniki Azər Seyidov, "Sportsman” jurnalının baş redaktoru Rəşad Cavadov, Pekin-2008 Olimpiadasında ölkəmizi hakim kimi təmsil edən respublikanın Əməkdar məşqçisi Hicran Şərifov, XXIX Yay Olimpiya Oyunlarının gümüş mükafatçıları Rövşən Bayramov, Vitali Rəhimov və Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsinin rəisi İmran Məmmədov iştirak ediblər.
Tədbir iştirakçıları ilk olaraq cəzaçəkmə müəssisəsinin kitabxanası ilə tanış olublar.
Görüşdən sonra yeniyetmələr Olimpiya mükafatçılarına onları maraqlandıran suallarla müraciət ediblər. Onlar gələcəkdə Olimpiya çempionu Elnur Məmmədli ilə görüşmək istədiklərini də bildiriblər. Ən maraqlı suallar üçün onlara hədiyyələr təqdim edilib. Müəssisənin rəhbəri azadlıqdan məhrum edilən Sarvan Ağayevin fəal gənc olmasını diqqətə çatdırıb. O, bu istedadlı gəncin test imtahanı vasitəsilə texnikuma qəbul olunduğunu da deyib. İmran müəllim digər yeniyetmə Denis Orlovun Olimpiya mükafatçılarına həsr etdiyi şeiri oxuyub.

Tədbirin sonunda İmran Məmmədov tərbiyə müəssisəsində cəza çəkən yeniyetmələr adından qonaqlara, Olimpiya mükafatçılarına, "Olimpiya dünyası” qəzetinin və Mətbuat Şurasının rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra stolüstü tennis yarışlarına start verilib. Yarışda Səbail rayonunun 236 saylı orta məktəbin komandası müəssisənin tennisçiləri ilə görüşüblər. Yekun nəticələrə görə 236 saylı orta məktəbin komandası birinci (Eyvaz Rzazadə, Şamxal Məlikzadə, Orxan Əhmədov, Tural Həsənov), cəzaçəkmə müəssisənin komandası ikinci (Elvar Sarıyev, Röyal Vəliyev, Pərviz İbrahimov, Eldar İsmayılov) yeri tutub. Qalib komandalara diplom və medallar təqdim edilib. Yarışda fəal hakimliyə görə 236 saylı məktəbin bədən tərbiyəsi müəllimi Gülbanı Ağayeva təşkilatçılar tərəfindən hədiyyə və diplomla mükafatlandırılıb.

Yarış və tədbirin təşkilində xüsusi fəallığına görə cəzaçəkmə müəssisəsinin rəisi İmran Məmmədov da Mətbuat Şurası və "Olimpiya dünyası” qəzetinin diplom və hədiyyəsinə layiq görülüb.

 

*      *      *

Həmin il noyabrın 19-da qəzetimiz Milli Olimpiya Komitəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti İdarəsi, "İdman” qəzeti və "Sportsman” jurnalı ilə birgə 2 saylı Cəzaçəkmə Müəssisəsində daha bir idman tədbiri həyata keçirib. Tədbirdə "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Milli Olimpiya Komitəsinin məsul işçisi Nazir Rəhimov, Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi, ədliyyə polkovniki Azər Seyidov, "İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev, "Sportsman” jurnalının direktoru Saleh Salahzadə, futbolumuzun canlı əfsanəsi Ələkbər Məmmədov, Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli (cüdo), bürünc mükafatçılar Mövlud Mirəliyev (cüdo) və Şahin İmranov (boks) iştirak ediblər. 2 saylı cəzaçəkmə müəssisənin fəaliyyətində yaxından iştirak edən, məhkumların maariflənməsində öz köməyini əsirgəməyən məhkumlar - Novruz Novruzov, Otos Kensley, Rəsul Süleymani "Olimpiya dünyası” qəzeti tərəfindən qiymətli hədiyyələrlə təltif ediliblər.


Ardınca məhkumlarla jurnalistlər arasında şahmat yarışı keçirilib. Yarışın yekununa əsasən, qalib adını 2 saylı Cəzaçəkmə Müəssisəsinin təmsilçiləri Cəfər Məmmədov, Novruz Novruzov, Laçın Seyidməmmədov qazanıblar.

 

*       *       *

2009-cu il iyunun 11-də 15 saylı Cəzaçəkmə Müəssisəsində keçirilən idman tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ədliyyə nazirinin müavini, ədliyyə general-leytenantı Nazim Ələkbərov, Olimpiya çempionlarımız və mükafatçılarımız, ATƏT-in Bakı ofisinin və Avropa şurasının ölkəmizdəki nümayəndələri iştirak ediblər. Həmin gün 15 saylı cəzaçəkmə müəssisəsində idman zalı, kompüter otağı və ibadət otaqları məhkumların istifadəsinə verilib. Tədbir iştirakçıları stolüstü tennis, bilyard zalı həmçinin güləş, boks və digər idman növləri ilə məşğul olmaq üçün yaradılan şəraitlə tanış olublar. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsi tərəfindən idman zalına trenajor hədiyyə edib, Azərbaycanın idman tarixindən bəhs edən çoxsaylı kitablar, jurnal və qəzetlər Penitensiar Xidmətin kitabxanaları üçün təqdim olunub.
 

*      *      *


2010-cu il aprel ayının 16-da 15 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan müvəqqəti məhrum edilənlərlə idman jurnalistləri arasında növbəti şahmat turniri keçirilib. Tədbirdə müəssisənin rəisi Mirsaleh Seyidov, Milli Olimpiya Komitəsinin məsul işçiləri Murad Fərzəliyev, Nazir Rəhimov, Həsənağa Rzayev, "Neftçi” futbol klubunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu, "OlimpSport” jurnalının baş redaktoru Ramin Allahverdi, Azərbaycan Şahmat Federasiyasının baş katibi, beynəlxalq dərəcəli hakim Namiq İsmayılov, oğlanlardan ibarət şahmat yığmamızın baş məşqçisi Fikrət Sideifzadə, "Sportsman” jurnalının icraçı direktoru Saleh Salahzadə və digər şəxslər iştirak ediblər.

Çıxışlardan sonra jurnalistlərlə məhkumlar arasında şahmat yarışına start verilib. Hər komandadan 10 nəfərin iştirak etdiyi yarışın hakimi Fikrət Sideifzadə olub. Namiq İsmayılov yarışın qaydaları barədə iştirakçılara məlumat verib və birinci taxtada ilk gediş edilib. Maraqlı mübarizə şəraitində keçən yarış Cəzaçəkmə Müəssisəsinin komandasının 7:3 hesablı qələbəsi ilə başa çatıb. Yarış başa çatdıqdan sonra qalib komandanın hər bir üzvünə diplom və hədiyyə təqdim edilib. "Neftçi” futbol klubunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu isə klub adından yarışda seçilən məhkumlara futbol topu təqdim edib. Cəzaçəkmə Müəssisəsinin rəisi Mirsaleh Seyidov yarışın təşkilatçılarına, hakimlərə və jurnalistlər komandasının ən yaxşı oyunçusuna məhkumlar tərəfindən hazırlanmış suvenirlər verib.
Qonaqlar Cəzaçəkmə Müəssisəsində fəaliyyət göstərən idman kompleksi və kompyuter otağı ilə tanış olublar. Məlum olub ki, 3 aylıq kompyuter kurslarında məhkumlar üçün ofis proqramları tədris edilir və kursu bitirənlərə müvafiq sertifikat verilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq İdarəsinin regionlar üzrə boş yerləri barədə məlumatlar da kompyuterlərdə yerləşdirilir. Bu cəzasını başa çatdıran məhkumların iş yeri tapmasına kömək edir.

 

*      *     *

2010-cu il oktyabrın 4-də Milli Olimpiya Komitəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə 6 saylı cəzaçəkmə müəssisəsində idman jurnalistləri ilə azadlıqdan müvəqqəti məhrum edilmiş məhkumlar arasında breyn-rinq intellektual yarışı keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin məsul işçiləri Murad Fərzəliyev, Nazir Rəhimov, Həsənağa Rzayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Penitensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin rəis müavini İntiqam Əliyev və digər şəxslər iştirak ediblər.
Jurnalistlərlə məhkumlar arasında keçirilən yarışda heyətində 5 nəfər olmaqla 7 komanda - "Ödərlər”, "Möminlər”, "Olimp”, "Mətbuat”, "Kəpəz”, "Kainat” və "İdman” komandaları iştirak edib. Yarışın qaydaları haqqında Bakı Şəhər Gənclər və İdman İdarəsinin gənclərlə iş sektorunun müdiri Nəcəf Novruzov məlumat verdikdən sonra ilk mübarizə aparacaq komandalar səhnəyə dəvət olunublar. Mərhələ oyunları başa çatdıqdan sonra üçüncü yer uğrunda "Mətbuat” və "Ödərlər” komandası mübarizə aparıb. Bu görüşdən "Ödərlər” komandası qalib ayrılıb. Final qarşılaşmasında isə "Kəpəz” və "Kainat” komandaları öz intellektual hazırlıqlarını nümayiş etdiriblər. Maraqlı mübarizə şəraitində keçən yarışda "Kəpəz” komandası yarışın qalibi adına layiq görülüb. Yarış başa çatdıqdan sonra ilk üçlükdə yer alan komandaların hər birinə Milli Olimpiya Komitəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələr təqdim edilib.

 

*       *      *

Milli Olimpiya Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında bağlanmış müqaviləyə uyğun olaraq, növbəti tədbir 2011-ci il aprelin 26-da 9 saylı Cəzaçəkmə Müəssisəsində olub. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev, Olimpiya, dünya, Avropa çempionları və mükafatçıları, KİV nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə Cəzaçəkmə Müəssisəsinin idman zalı ilə tanış olublar. Tədbirdə iştirak edən pouerliftinq üzrə beynəlxalq yarışların qalibi olan idmançılar MOK tərəfindən hədiyyə edilən ştanqla nümunəvi çıxış ediblər. Qeyd edək ki, azadlıqdan müvəqqəti məhrum olunanların idmanla məşğul olması üçün burada lazımi şərait yaradılıb. İdman zalında stolüstü tennis, bilyard stolu, trenajorlar, ağırlıqqaldırma daşları məhkumların fiziki sağlamlığı üçün nəzərdə tutulub. 9 saylı Cəzaçəkmə Müəssisəsində əsaslı təmir işləri aparılıb, səliqə-səhman yaradılıb. Tədbir iştirakçıları müəssisənin əvvəlki görkəmi ilə təmirdən sonrakı vəziyyətini əks etdirən foto-stendlə də tanış olublar, məhkumların intellektual səviyyəsinin artırılması üçün nəzərdə tutulan kompyuter otağına baxıblar. Məlumat verilib ki, məhkumlar 3 ay ərzində burada kompüter dərsi keçirlər. Görüş zamanı kompyuter kursunu müvəffəqiyyətlə başa vuran məhkumlara "İnternational Traning Service” sertifikatı təqdim edilib.
Çıxışlardan sonra "Neftçi” İSM-in uşu üzrə baş məşqçisi Zahid Vəliyevin rəhbərliyi altında gənc uşuçuların nümunəvi çıxışı olub.

"Neftçi” futbol klubunun veteranlardan ibarət komandası ilə məhkumlardan ibarət komanda arasında keçirilən yoldaşlıq görüşü tədbiri daha maraqlı edib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qalib komandaya MOK-un kubokunu təqdim edib. 9 saylı cəzaçəkmə müəssisəsinin komandasına isə AFFA tərəfindən futbol topları hədiyyə edilib.
 

*       *       *

2013-cü il aprelin 2-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti və Milli Olimpiya Komitəsi arasında 2013-cü il üzrə birgə imzalanmış tədbirlər planına uyğun olaraq 4 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında stolüstü tennis üzrə yarış keçirilib. Tədbirdə ədliyyə mayoru Hikmət Kazımov, "Olimpiya dünyası” qəzetinin baş redaktorunun müavini Aslan Şirəliyev çıxış ediblər. Çıxışlar başa çatdıqdan sonra yarışa start verilib. Stolüstü Tennis Federasiyasının məşqçisi, idman ustası Qulu Quliyevin idarə etdiyi yarış maraqlı mübarizə şəraitində keçib. 15 nəfər məhkum qalib adı uğrunda mübarizə aparıb. Yarışın qaliblərinə və digər iştirakçılarına diplom və çoxsaylı hədiyyələr verilib.
 

*        *        *
 

Elə həmin il iyunun 28-də Milli Olimpiya Komitəsi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə İşinin Təşkili İdarəsi ilə birgə 2 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan müvəqqəti məhrum edilmiş məhkumlar arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə breyn-rinq intellektual yarışı keçirilib. Yarışın keçirilməsində əsas məqsəd məhbuslar arasında idmanın kütləviliyini artırmaq, həmçinin onların intellektual cəhətdən inkişaf etməsinə və azad cəmiyyətə inteqrasiyasına kömək etmək olub.
Tədbirdə 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini, ədliyyə mayoru Ədalət Cəbrayılov, Penitensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin inspektoru, ədliyyə baş leytenantı Mahir Həsənov, "Olimpiya dünyası” qəzetinin baş redaktorunun müavini Aslan Şirəliyev və digər şəxslər iştirak ediblər.
Çıxışlardan sonra məhkumlar arasında intellektal yarışa start verilib. Yarış zamanı məhkumlar intellektual cəhətdən hazırlıqlı olmalarını nümayiş etdiriblər. Belə tədbirlər azadlıqdan müvəqqəti məhrum edilmiş insanlara mənəvi dəstək verib. Gərgin keçən bilik yarışmasında qalib gələn komandalar diplomla mükafatlandırılıblar.

 

*       *       *


2013-cü il iyulun 30-dan avqustun 2-dək Milli Olimpiya Komitəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə layihəsi əsasında 15 saylı cəzaçəkmə müəssisəsində mini-futbol turniri təşkil olunub. Turnir Ədliyyə Nazirliyinin yaranmasının 95 illiyinə həsr olunub. Yarış 1, 6, 10 və 15 saylı cəzaçəkmə müəəsisələrinin əməkdaşları arasında təşkil olunub. Matç yeni istifadəyə verilmiş süni meydançada keçirilib. 3-cü yer uğrunda oyunda 6 və 10 saylı cəzaçəkmə müəssisələrinin komandaları qarşılaşıblar. Birincilərin üstünlüyü şəraitində keçən oyun onların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Həlledici mərhələdə isə 1 və 15 saylı cəzaçəkmə müəssisələrinin komandaları münasibətlərinə aydınlıq gətiriblər. Matç 1 saylı cəzaçəkmə müəəsisəsinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Final mərhələsindən sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tərbiyə işinin təşkili idarəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Raqif Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar, xatirə hədiyyələri və kubok təqdim edilib.
Qeyd edək ki, oyunları AFFA-nın hakimi Heydər Quliyev idarə edib.

 

*      *       *
 

2013-cü il sentyabrın 18-də Milli Olimpiya Komitəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə layihəsi əsasında 1 saylı Cəzaçəkmə Müəssisəsində də mini futbol turniri keçirilib.
Yeni mövsümün başlanmasına həsr olunan turnirdə 1 saylı Cəzaçəkmə Müəssisəsinin 8 komandası qalib adı uğrunda mübarizə aparıb. Turnirin finalında 2-ci və 7-ci dəstənin komandaları münasibətlərinə aydınlıq gətiriblər. Hər hissəsi 30 dəqiqə olan matç maraqlı mübarizə şəraitində keçib. Yekunda rəqibinə 8:5 hesabı ilə qalib gələn 2-ci dəstə komandası çempion adını qazanıb.
Final mərhələsindən sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Fikrət Qafarov, rəis müavinləri - ədliyyə polkovnik-leytenantı Elxan Bəylərov, ədliyyə polkovnik-leytenantı Abas Hüseynov, ədliyyə mayoru Xaləddin Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxışlardan sonra qaliblər təşkilatçılar tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Ümumiyyətlə "Olimpiya dünyası” qəzeti 20 il ərzində idmanın və Olimpiya Hərəkatının təbliği ilə yanaşı, çoxsaylı rəngarəng tədbirlərin də təşkilatçısı olub. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində keçirilən tədbirlər də ölkəmizdə idmanın və Olimpiya Hərəkatının cəzaçəkmə müəssisələrindəki soydaşlarımız arasında təbliğinə xidmət edib.

“Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir “Olimpiya dünyası”nın keçirdiyi tədbirlər sağlam həyat tərzinə xidmət edir