"Neftçi" doğma divarlar arasında da Yunanıstan təmsilçisi ilə bacarmadı

"Neftçi" doğma divarlar arasında da Yunanıstan təmsilçisi ilə bacarmadı

UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Bakının “Neftçi” klubu da Bakıda cavab oyununa çıxıb. “Bakcell Arena”da Yunanıstanın “Olimpiakos” komandasını qəbul edən paytaxt təmsilçisi səfərdə olduğu kimi, bu dəfə də minimal hesabla uduzub. İspaniyalı baş hakim Rikardo de Burqosun idarə etdiyi oyun "Olimpiakos"un qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunda yeganə qolu matçın 15-ci dəqiqəsində Giorqos Masuras vurub.

Beləliklə, iki oyunun nəticəsinə görə, Yunanıstan klubu Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb. "Neftçi" isə mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək. Flaqmanın turnirin üçüncü təsnifat mərhələsindəki rəqibi HİK (Finlandiya) olacaq. “Neftçi” ilk oyunu avqustun 5-də Bakıda keçirəcək. Bir həftə sonra isə bu komandalar arasında cavab oyunları təşkil olunacaq.