Gəncədə 18 Oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunan veloyürüş keçirilib

Gəncədə 18 Oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunan veloyürüş keçirilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar olaraq Gəncə velosiped klubunun üzvlərinin iştirakı ilə şəhərdə veloyürüş baş tutub. Veloyürüşdə iştirak edən velosipedçilər Yol Patrul Xidmətinin və Təcili Tibbi Yardım xüsusi avtonəqliyyatının müşaiyəti ilə Avropa Gənclər Parkından Heydər Əliyev Park-Kompleksinin girişindəki Zəfər Tağına qədər olan məsafəni qət ediblər.
20-dən çox velosipedçinin iştirakı ilə keçirilən veloyürüşdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi, kollektivi və idmançılar iştirak ediblər.
Tədbirin əsas məqsədi idmançılara sağlam vətənpərvərlik ruhunun, sağlam həyat tərzinin aşılanması və təbliğidir.