Daha bir ölkə təmsilçisi Ronaldonu transfer etmək istəyir

Daha bir ölkə təmsilçisi Ronaldonu transfer etmək istəyir

Braziliyanın çempionatında çıxış edən "Flamenqo" klubu portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldonu heyətinə cəlb etmək istəyir. "Sambaçı”lar ulduz futbolçuya müqavilə təklif etmək istəyirlər. Transferin əsas məqsədi komandanın Libertadores Kubokunun oyunları ərəfəsində gücləndirilməsidir. Ronaldu ilə danışıqlar başlamasa da, "Flamenqo" onun keçidində maraqlıdır.

Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted” klubu bu yaxınlarda Kriştianu Ronaldo ilə müqaviləyə xitam verib.