Millimiz Avropa çempionatına hazırlıq üçün Zenitsaya yollandı

Millimiz Avropa çempionatına hazırlıq üçün Zenitsaya yollandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın növbəti mərhələsini ölkə xaricində davam etdirəcək. Komandamız bu gün geniş heyətlə Bosniya və Herseqovinaya yola düşüb.

Ataman Güneyligilin rəhbərlik etdiyi yığma Zenitsa şəhərində bir həftəlik təlim-məşq toplanışı keçəcək. Hazırlıq çərçivəsində Bosniya və Herseqovina yığması ilə bir neçə yoldaşlıq görüşü nəzərdə tutulub.

İyulun 24-də isə milli Bakıya qayıdacaq və hazırlığı paytaxtda davam etdirəcək.