Ferstappenin qələbə seriyasına son qoyuldu

Ferstappenin qələbə seriyasına son qoyuldu

Formula 1 üzrə dünya çempionatında Sinqapur Qran-prisinin qalibi müəyyənləşib. 62 dövrəlik mübarizədə “Ferrari”nin ispaniyalı pilotu Karlos Sayns bütün rəqiblərini qabaqlayıb. “McLaren”dən Lando Norris ikinci, “Mercedes” sürücüsü Lyuis Hemilton üçüncü yeri tutub.

Son 10 yarışda finişə birinci çatan “Red Bull”un pilotu Maks Ferstappen bu dəfə 5-ci yerlə kifayətlənib olub. Bununla niderlandlı sürücünün uğurlu seriyasına son qoyulub.

M.Ferstappen 374 xalla pilotların yarışında ümumi reytinqə başçılıq edir. Onun komanda yoldaşı Serxio Peres 223 xalla ikinci, Lyuis Hemilton isə 180 xalla üçüncü pillədə qərarlaşıb.

Komandaların mübarizəsində “Red Bull” 597 xalla birincidir. “Mercedes” (289) ikinci, “Ferrari” (265) üçüncü sırada yer alıb.