“Qara mamba”nın geyimləri hərraca çıxarılıb

“Qara mamba”nın geyimləri hərraca çıxarılıb

SCP hərracında əfsanəvi “Los-Anceles Leykers” hücumçusu Kobe Bryantın forması və idman ayaqqabısı nümayiş etdirilib.
“Qara mamba” ləqəbli ulduzun “Leykers”in son oyunda geydiyi basketbol forması 305 min dollara, idman ayaqqabısı isə 98 min dollara satılıb.
Xatırladaq ki, Kobe Brayant 2020-ci il yanvarın 26-da helikopter qəzası nəticəsində dünyasını dəyişib. Qəzaya səbəb pilotun idarəetməni itirməsinə və Kalabasasda dağ yamacına çırpılmasına pis hava şəraiti olub. Helikopterin göyərtəsində 41 yaşlı basketbolçudan başqa, onun 13 yaşlı qızı Gianna və altı ailə dostu olub.
Xatırladaq ki, peşəkar karyerası ərzində Bryant “Lekers” ilə beş dəfə (2000, 2001, 2002, 2009, 2010) NBA titulunu qazanıb. Milli komanda ilə birlikdə hücumameyilli müdafiəçi iki dəfə Olimpiya çempionu (Pekin-2008, London-2012), eyni zamanda Amerika çempionu (Las Veqas-2007) olub.