Klassiklərimiz Avropa çempionatında 3 medal qazandılar

Klassiklərimiz Avropa çempionatında 3 medal qazandılar

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Azərbaycan millisinin yunan-Roma güləşçiləri bir dəst medal qazanıblar.

Təmsilçilərimizdən 1-i qızıl, 1-i gümüş, 1-i bürünc mükafata sahib çıxıb. 

Klassiklərimizdən Murad Məmmədov (63 kq) finalda Aleksandr Qruşini (Ukrayna) məğlub edərək Avropa çempionu olub. Lakin Rəşad Məmmədov (55 kq) həlledici dueldə moldovalı Artyom Deleanuya uduzaraq, ikinciliyə yiyələnib.

Beka Kandelaki (130 kq) isə bürünc mükafata sahib çıxıb.