Karateçilərimizin Fuceyra sınağı 3 medalla yadda qaldı

Karateçilərimizin Fuceyra sınağı 3 medalla yadda qaldı

Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçirilən “Karate 1 Gəncləri Liqası” turnirində uğurla çıxış ediblər.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli komandamız yarışda 3 medal qazanıb.

Qızlar arasında Gülay Orucova (59 kq), yeniyetmələrdən Nəsimi Musayev (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gənclərin mübarizəsində isə Fərid Hacızadə (55 kq) üçüncü yeri tutub.