Məşhur filmdəki avtomobil satışa çıxarılıb - FOTO

Məşhur filmdəki avtomobil satışa çıxarılıb - FOTO

Məşhur “Gran Turismo” filminin çəkilişlərində istifadə olunan “Audi R8 LMS GT3 Evo” satışa çıxarılıb. Ümumi yollarda sürülməsi üçün sertifikatı olmayan avtomobil hazırda ABŞ-dadır. Avtomobilin sahibi ona 249 min dollar qiymət qoyub. Bildirilir ki, avtomobilin kapotunun altında V10 mühərriki var. Bundan əlavə, idman avtomobili karbon lifli kuzova və ardıcıl transmissiyaya malikdir. Məlumat üçün bildirək ki, “Gran Turismo” filmi 2023-cü ildə ekranlara çıxıb. Film “Nissan” Akademiyasında seçimdən keçən və həqiqi yarışlara başlayan Yann Mardenborunun hekayəsindən bəhs edir. Mardenboro filmdə məsləhətçi kimi çıxış edib. Əsas rolları isə Archie Madekwe, Orlando Bloom və David Harbour ifa ediblər.

Məşhur filmdəki avtomobil satışa çıxarılıb - FOTO Məşhur filmdəki avtomobil satışa çıxarılıb - FOTO