FUTBOL
Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək
Bu gün futbol üzrə yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
Olimpnews.az xəbər verir ki, İlk oyun günündə "Barselona" klubu İtaliyada "İnter"in qonağı olacaq. "Cüzeppe Meatsa" stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Polşalı baş hakim Şimon Marçinyakın idarə edəcəyi oyunda "Barselona" komandası zədə səbəbindən Jül Kündə, Alexandra Balde, Mark Kasado və Mark Bernalın xidmətlərindən yararlana bilməyəcək. "Nerazzurri"nin heyətində isə Benjamin Pavardın adı zədə səbəbindən iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, bu komandalar arasında İspaniyada təşkil olunan ilk oyunda 3:3 hesabı qeydə alınmışdı.
Paylaş :