FUTBOL
“Barselona”nın müdafiəçisindən oyunsonrası açıqlama: “Hər şey əlimizdən bir anda çıxdı”
“Barselona” klubunun mərkəz müdafiəçisi Ronald Arauxo ötən gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “İnter”lə qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib.
"Olimpnews.az" xəbər verir ki, 26 yaşlı uruqvaylı futbolçu məğlubiyyətə görə məyus olduqlarını bildirib.
“Çox məyusuq. Finala çox yaxın idik. Amma hər şey əlimizdən bir anda çıxdı. Belə oyunlar kiçik səhvlərin sayəsində həll olunur. Çox qol buraxdıq, bunları nəzərdən keçirib, daha yaxşı olmalıyıq.
Bu məğlubiyyət bizim üçün ağır zərbədir, amma komandamızın gücü inanılmazdır. Bu səbəbdən də bu nəticənin bizə təsir edəcəyini düşünmürəm. Bazar günü La Liqanı qazanmaq yolunda əmin addım atmalıyıq. Rəqibimiz “Real Madrid” olacaq. Həmin oyunda maksimum səviyyədə yaxşı oynayıb qələbə qazanmalıyıq”
Paylaş :