FUTBOL
"Real Madrid" cəbhəsində daha iki itki
İspaniyanın Madrid "Real"ının daha iki iki futbolçusu zədələnib.
Olimpnews.az Madrid klubunun saytına istinadən xəbər verir ki, "Kral klubu"nun hücumçusu Vinisius Junior və müdafiəçisi Lukas Vaskes zədə səbəbindən növbəti iki matçda komandasına kömək edə bilməyəcək. Onların liqanın son turunda meydanlara qayıdacağı gözlənilir.
Qeyd edək ki, hər iki futbolçu ötən gün "Barselona" klubu ilə oyunda (4:3) zədələniblər.
Paylaş :