FUTBOL
Flik "Barselona" ilə yeni müqavilə imzalayır
İspaniyanın "Barselona" klubu baş məşqçisi Hans Fliklə yeni müqavilə imzalayacaq.
Olimpnews.az məşhur futbol jurnalisti Fabrizio Romanonun məlumatına istinadən xəbər verir ki, tərəflər arasında artıq razılıq əldə olunub.
2024-cü ilin yayından kataloniyalıların baş məşqçi postuna gətirilən almaniyalı mütəxəsislə 2026-cı ilin sonuna qədər müqavilə imzalanmışdı.
Klub rəhbərliyi Flikin komandaya gətirdiyi müsbət dəyişiklikləri və uğurları nəzərə alaraq, onunla əməkdaşlığı daha bir il uzatmaq niyyətindədir. Yeni müqavilənin 2027-ci ilə qədər olacağı və rəsmi elanının yaxın günlərdə verilməsi gözlənilir.
Paylaş :