FUTBOL
Məktəblilər futbol turnirində bir araya gəldilər
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin IX-XI sinif komandaları arasında futbol üzrə Lerik rayon turniri keçirilib.
Olimpnews.az xəbər verir ki, dairəvi sistem üzrə keçirilən turnirdə Lerik şəhər 3 saylı tam orta məktəbin komandası qalib adını qazanıb.
Qalib gələn komanda üzvləri Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok və diplomuna layiq görülüb.
Paylaş :