FUTBOL
Liqa 1-də islahatlar başlayır
Fransa Liqa 1 növbəti mövsümdən etibarən bir sıra yeniliklərlə yadda qala bilər.
Olimpnews.az LEquipe nəşrinə istinadən xəbər verir ki, Liqa 1-də mümkün islahatlardan biri çempionun müəyyənləşməsi üçün dörd ən güclü komanda arasında əlavə mini turnirin keçirilməsi ola bilər. Bununla da son illərdə Fransa çempionatının azalmış nüfuzu arta bilər.
Xatırladaq ki, PSJ ardıcıl dörd mövsümdür ki, Fransa çempionatını birinci pillədə başa vurur.
Paylaş :