FUTBOL
"Barselona" heyətini bu qapıçı ilə gücləndirmək istəyir
İspaniyanın “Barselona” klubu yay transfer pəncərəsində heyətini yeni qapıçı ilə gücləndirməyi düşünür.
Olimpnews.az xəbər verir ki, Kataloniya təmsilçisi “Espanyol”un çərçivə qoruyucusu Xuan Qarsia ilə maraqlanır. Klub Mark Andre-Ter Ştegenin zədədən sonrakı performansında enmə müşaiyət etdiyi üçün belə bir qərara gəlib. İspaniyalı qapıçı 138 qurtarışla İspaniyada birinci, Avropada isə ikincidir.
Qapıçının müqaviləsindəki sərbəst qalma məbləği hazırda 25 milyon avrodur.
24 yaşlı qapıçı ilə kataloniyalılarla yanaşı, “Arsenal”, “Tottenhem”, “Mançester Siti”, “Mançester Yunayted”, PSJ və “Atletiko Madrid” kimi klublar da maraqlanır.
Qeyd edək ki, “Barselona” klubu hazırki qapıçısı Voytsex Şesniyə də iki illik yeni müqavilə təklif etmişdi.
Paylaş :