19:52 12-06-2025
86
Dünya çempionatında cüdoçularımızın rəqibləri müəyyənləşdi
Azərbaycan cüdoçularının dünya çempionatındakı rəqibləri müəyyənləşib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, rəqiblərin adı Macarıstanın paytaxtı Budapeştdə keçirilən püşkatma mərasimində bəlli olub.
Qeyd edək ki, mötəbər turnirdə Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Yarış sabah, Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
Kişilər
60 kq
1/16 final
Əhməd Yusifov – Ryuju Naqayama (Yaponiya)
66 kq
1/32 final
Ruslan Paşayev – Ronald Lima (Braziliya)
73 kq
1/16 final
Hidayət Heydərov – Otari Kvantidze (Portuqaliya)
Rəşid Məmmədəliyev – Kazbek Naquçev (BƏƏ) / Covanni Espozito (İtaliya) cütünün qalibi ilə
81 kq
1/16 final
Zelim Tçkayev – Pavel Jimal (Polşa) / Tsyanqnan Van (Çin) cütünün qalibi ilə
90 kq
1/32 final
Vüqar Talıbov – Luka Maysuradze (Gürcüstan)
1/16 final
Elcan Hacıyev – Nurbek Murtozoyev (Özbəkistan) / Remi Föyye (Mavriki) cütünün qalibi ilə
100 kq
1/16 final
Zelim Kotsoyev – Cared Koss (ABŞ) / Cennaro Pirelli (İtaliya) cütünün qalibi ilə
+100 kq
1/32 final
Uşanqi Kokauri – İqor Vraçar (Serbiya)
Qadınlar
48 kq
1/32 final
Leyla Əliyeva – Kurbanay Kurbanova (Türkmənistan)
Könül Əliyeva – Mariya Seliya Laborde (ABŞ)
52 kq
1/32 final
Gültac Məmmədəliyeva – Sofiya Asvesta (Kipr)
57 kq
1/16 final
Fidan Əlizadə – Maritsa Perişiç (Serbiya)
Qarışıq komanda yarışı
1/8 final
Azərbaycan - Almaniya









