FUTBOL
"River Plyet" dünya çempionatına qələbə ilə başladı
ABŞ-da keçirilən futbol üzrə Klublararası dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, E qrupu çərçivəsində keçirilən birinci turun oyununda Argentinanın "River Pleyt" komandası Yaponiyanın "Urava Red Diamands" klubu ilə qarşılaşıb. Oyun cənubi amerikalıların inamlı qələbəsi ilə yekunlaşıb -3:1.
Argentinalıların qollarını Fakundo Kalidio (12), Sebastyan Driussi (48), Massimliano Meza (73) vurub. "Gündogar ölkə" təmsilçisinin yeganə qolunun müəllifi isə 58-ci dəqiqədə penaltidən fərqlənən Yasuke Matsuo olub. Beləliklə, "River Pleyt" klubu üç qolu üç xalla qazanıb.
Qeyd edək ki, E qrupunun digər oyununda Meksikanın "Monterrey" klubu İtaliya nəhəngi "İnter"i sınağa çəkəcək.
Paylaş :