CÜDO
Dünya çempionatı: Zelim Kotsoyev üçün bürünc medal şansı
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün daha bir idmançımız - Avropa, dünya və Olimpiya çempionumuz Zelim Kotsoyev (-100 kq) tatami üzərinə çıxıb.
Mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz ilk görüşdə italiyalı Cennaro Pirellidən güclü olub. 1/8 finalda qazaxıstanlı Marat Baykamurovu da mübarizədən kənarlaşdıran Olimpiya çempionumuz növbəti görüşdə Arman Adamyanla (İJF) üz-üzə gəlib. Təəssüf ki, bu qarşılaşmadan rəqib idmançı qələbə ilə ayrılıb. Cüdoçumuz üçüncü yer uğrunda təsəlliverici görüşdə ispaniyalı Nikolos Şerazadişviliyə qalib gəlib. Zelim Kotsoyev bürünc medal uğrunda həlledici qarşılaşmada Cənubi Koreya təmsilçisi Sex-Yon Kimlə qarşılaşacaq. Final bloku saat 20:00-da başlayacaq.
Qeyd edək ki, hazırda komandamızın aktivinə iki bürünc medal var. Millimizin aktivinə medalları Zelim Tçkayev (-81 kq) və Elcan Hacıyev (-90 kq) yazdırıb. Dünya çempionatının fərdi yarışlarına sabah yekun vurulacaq. Ertəsi gün isə cüdoçularımız qarışıq komanda yarışlarında iştirak edəcəklər.
Paylaş :