CÜDO
Dünya çempionatında dördüncü bürünc medal şansı
Cüdo üzrə milli komandamızın üzvü Uşangi Kokauri (+100 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
Olimpnews.az xəbər verir ki, mübarizəyə 1/32 final mərhələsindən başlayan idmançımız ardıcıl olaraq serbiyalı İqor Vraçar, kubalı Andi Qrandan və türkiyəli Minur Ertuqa qalib gəlib. Lakin cüdoçumuz uğurlu çıxışının ardını 1/4 finalda gətirə bilməyib. Gürcüstanlı Quram Tuşişviliyə uduzan U.Kokauri təsəlliverici görüşdə qüvvəsini sınayıb. O, bu mərhələdə titullu cüdoçu Lukaş Krpalekə (Çexiya) qalib gəlib. Bürünc medal uğrunda həlledici görüşdə cüdoçumuzun rəqibi tacikistanlı Temur Raximov olacaq.
Final blokuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Qeyd edək ki, dünya çempionatının fərdi yarışlarına bu gün yekun vurulacaq. Komandamızın hazırda aktivində 3 bürünc medal var. Yığmamıza medalları Zelim Tçkayev (-81 kq), Elcan Hacıyev (-90 kq) və Zelim Kotsoyev (-100 kq) qazandırıb.
Paylaş :