FUTBOL
Mbappe xəstəxanaya yerləşdirilib
Madrid "Real"ının hücumçusu Kilian Mbappe Amerika Birləşmiş Ştatlarında xəstəxanaya yerləşdirilib.
Olimpnews.az xəbər verir ki, məlumat klubun rəsmi saytında yer alıb. "Futbolçumuz kəskin qastroenteritdən əziyyət çəkir. Hazırda bir sıra analizlər və müvafiq müalicə prosesi üçün xəstəxanaya yerləşdirilib", - deyə klubun açıqlamasında bildirilir.
Qeyd edək ki, 26 yaşlı Kilian Mbappe səhhəti ilə bağlı dünən Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə keçirilən matçda (1:1) iştirak etməyib. Madrid klubu iyunun 22-də növbəti görüşünü Meksika “Paçuka”sına qarşı keçirəcək.
Paylaş :