FUTBOL
Madrid klubu "Tottenhem"lə danışıqlar aparır
Madrid "Atletiko"su "Tottenhem"in müdafiəçisi Kristian Romero üçün 70 milyon avro xərcləməyə hazırdır. AS nəşrinin xəbərinə görə, Dieqo Simeonenin komandası futbolçu üçün 55 milyon avro və 15 milyon avro mükafat təklif edib. Qeyd edək ki, Romeronun "Tottenhem"lə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.
Paylaş :