FUTBOL
Di Maria avropalılarla vidalaşdı
"Benfika"nın 37 yaşlı argentinalı cinah oyunçusu Anxel Di Maria iyulun 1-də Argentinanın "Rosario Central" klubuna keçib.
Olimpnews.az xəbər verir ki, bununla da onun 18 illik Avropa macərası başa çatıb. Bununla bağlı Di Maria sosial şəbəkə hesabında paylaşım edib:
"Evə qayıtmağın vaxtı gəlib, çatdı. Avropadakı karyeram yekunlışıb. Qitənin müxtəlif klublarından unudulmaz təəssüratlarla ayrılıram. Avropadakı 18 il ərzində mən nəinki gözəl şəhərlərdə, həm də böyük klublarda böyük insanlarla birlikdə yaşamaqdan həzz aldım. Yaxşı dostlar qazandım.
«Benfika», «Real Madrid», «Mançester Yunayted», PSJ və «Yuventus» kimi klublar futbol səhnəsində və bir insan kimi inkişaf etməyimə kömək oldular. Hər bir klubda mənim böyük komanda yoldaşlarım və işçi heyəti (aşpazlar, forma və tibb işçiləri və digər insanlar) oldu ki, onları hər zaman xatırlayacağam. Yaxşı xatırlayıram. 2007-ci ildə gənc olarkən valideynlərim, bacılarımla qorxu və etibarsızlıqla gəlmişdim. Burada yetkin hala gəldim, inkişaf etdim. Bu gün onların, həyat yoldaşım və qızlarımın sevgisi ilə əhatə olunmuşam. Mənə qapılarını açdığı üçün Portuqaliya, İspaniya, İngiltərə, Fransa və İtaliyaya təşəkkür edirəm. Əlvida”, - Di Mariya sosial şəbəkə hesabında yazıb.
Paylaş :