FUTBOL
Ronaldo başsağlığı verib
Kriştianu Ronaldo "Liverpul"un və Portuqaliya millisinin hücumçusu Dioqo Jota və onun qardaşı, "Penafiel"in futbolçusu Andre Silvanın qəza nəticəsində faciəvi ölüm xəbərinə münasibət bildirib.
"Bu çox pis xəbərdir. Biz yenicə milli komandada birlikdə idik. Dostum yeni ailə qurmuşdu. Mərhumların ailəsinə, həyat yoldaşlarına və övladlarına başsağlığı verirəm. Bilirəm ki, siz həmişə onlarla olacaqsınız. Rahat yat, Dioqo və Andre. Hamımız sizin üçün darıxacağıq". - deyə Ronaldo sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, futbolçu qardaşlar İspaniyada avtomobil qəzasında həlak olublar.
Paylaş :