FUTBOL
Dieqo Jotanın forması əbədiləşdiriləcək
İngiltərənin "Liverpul" klubu ötən gün avtomobil qəzasından dünyasını dəyişən portuqaliyalı futbolçu Dieqo Jotanın geyindiyi 20 nömrəli formanı əbədiləşdirəcək.
Olimpnews.az klubun rəsmi saytındakı bəyanatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun 2024-25 mövsümündə klubun çempion olmasında xidmətlərinə görə, 20 nömrəli forma dövriyyədən çıxarılacaq.
Qeyd edək ki, Dieqo Jota ötən gün qardaşı Andre Silva ilə birlikdə İspaniyanın Samora əyalətində keçirdiyi avqoqaza nəticəsində dünyasını dəyişib.
Paylaş :