OLİMPİYA DÜNYASİ
Stolüstü tennisçimiz festivalda növbəti görüşünü keçirib
Şimali Makedoniyada XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən stolüstü tennis yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün komandamızın üzvü Uğur Nəzərli festivalda növbəti görüşünə çıxıb. Serbiyalı David Kalanda ilə qarşılaşan idmançımız rəqibinə 3:0 (11:8, 11:7, 11:7) hesabı ilə məğlub olub.
Qeyd edək ki, Uğur Nəzərli bu gün saat 16:10-da növbəti görüşünü keçirəcək. Rəqib rumıniyalı Robert İstrate olacaq.
Paylaş :