OLİMPİYA DÜNYASİ
Cüdoçumuz EYOF-2025-də bürünc medal qazandı
Skopye-2025-də mübarizə aparan cüdoçumuz Aysun Məmmədova bürünc medal görüşünə çıxıb.
Olimpnews.az xəbər verir ki, -52 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz həlledici görüşdə fransalı Alisa Lopezə qalib gələrək bürünc medala sahib çıxıb.
Bununla da Azərbaycan komandasının Skopye-2025-də qazandığı medalların sayı 6-ya (3 qızıl, 2 gümüş, 1 bürünc) çatıb.
Paylaş :