OLİMPİYA DÜNYASİ
Zeyd Ələsgərovun medal təəssüratları
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF-2025) gümüş medal qazanan cüdoçumuz Zeyd Ələsgərov yarışla bağlı təəssüratlarını Olimpnews.az saytı ilə bölüşüb. -60 kq çəki dərəcəsində çıxış edən gənc idmançı finala qədər inamla irəliləsə də, həlledici qarşılaşmada məğlub olaraq ikinci yeri tutub.
“Yarış kifayət qədər gərgin və maraqlı keçdi. Hədəfim qızıl medal qazanmaq idi. Bu məqsədlə uzun müddət məşq etmişdim. Lakin finalda rəqibim daha üstün çıxış etdi və nəticədə gümüş medal qazandım. Qarşıda bizi daha böyük turnirlər, daha çətin sınaqlar gözləyir. İnşallah, gələcəkdə yüksək nəticələrə nail olmaq üçün daha da əzmlə çalışacağam”, - deyə Zeyd Ələsgərov bildirib.
Qeyd edək ki, cüdoçumuz bu gün finalda ukraynalı idmançı Xəzər Heydərova məğlub olaraq gümüş medala sahib olub.
Paylaş :