OLİMPİYA DÜNYASİ
Anjella Abdullayeva: "Bu nailiyyət illərlə çəkilən əziyyətin bəhrəsidir"
"Təşkilatçılıq yüksək səviyyədədir. İdmançılar və komandalar üçün bütün lazımi şərait yaradılıb.
Bu sözləri Olimpnews.az-a müsahibəsində Skopye-2025 çərçivəsində keçirilən idman gimnastikası yarışlarında ölkəmizi hakim qismində təmsil edən Anjella Abdullayeva bildirib.
O qeyd edib ki, Avropanın ən güclülərinin iştirak etdiyi bu yarış peşəkarlıq, əzmkarlıq və idman mədəniyyətinin təntənəsidir. "İdmançılar yüksək səviyyəli hazırlıqla çıxış edir bu da yarışın atmosferinə müsbət təsir göstərir. Ab-hava isə həm gərgin, həm də motivasiyaedicidir.
Məhz bu yarışda Azərbaycanı tarixdə ilk dəfə qadın idman gimnastikası üzrə komanda şəklində 3 idmançımız təmsil etdi. Leyla Məmmədzadə, Aynaz Məcidzadə və Albina Əliyevanın bu yarışda iştirak etməsi qürürvericidir. İdmançımız Albina Əliyeva 35 ölkənin ən güclü idmançıları arasında finala yüksələ bildi. Bu nailiyyət illərlə çəkilən əziyyətin bəhrəsidir.
İdmana, gimnastikaya daim böyük töhfə və dəstəyinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda Azərbaycan Gimnastika Federasiyasına göstərdiyi dəstəyə görə təşəkkür edirəm.
İdman gimnastikasının inkişafına verdiyi töhfələrə və yarışa hazırlıqda göstərdiyi dəstəyə görə qadın idman gimnastikası üzrə baş məşqçi Olqa Barkalavaya və gənclərdən ibarət komandanın bu yarışa hazırlanmasında xüsusi əməyi olan məşqçi Vefkia Xubayevə də öz minnətdaralığımı bildirirəm", - deyə Anjella Abdullayeva bildirib.
Paylaş :