OLİMPİYA DÜNYASİ
Azərbaycan komandası Skopye-2025-də çıxışını başa vurdu
Azərbaycan cüdoçuları qarışıq komanda yarışlarında növbəti görüşünü keçirib.
Olimpnews.az xəbər verir ki, komandamız 1/8 finalda İsrail cüdoçuları ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən görüş rəqib komandanın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, cüdoçularımız qarışıq komanda yarışlarında çıxışını başa vurub. Bununla da XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı komandamız üçün başa çatıb. İdmançılarımız bir həftə davam edən yarışı 3 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vurublar.
Paylaş :