FUTBOL
"Mübarizəsiz qalib gəlməyi sevmirəm"
Xəbər verdiyimiz kimi, beşqat "Böyük dəbilqə" turnirinin qalibi olan ispaniyalı tennisçi Karlos Alkaras Çinçinnatidə keçirilən Masters turnirində lider Yannik Sinnerə qalib gəlib.
Olimpnews.az xəbər verir ki, dünya reytinqinin lideri italiyalı tennisçinin səhhəti pisləşdiyi üçün ilk setdə (0:5) görüşü dayandırmalı olub.
"Yannikə görə heyifsilənirəm. Rəqibi matçdan çəkiləndə, xüsusən də belə bir finalda mübarizəsiz qalib gəlməyi sevmirəm. Dostum, tez sağal! Çinçinnatidəki həftəmdən həzz aldım və ABŞ Açıq çempionatına başlamağa hazıram!" - deyə Alkaras sosial şəbəkə hesabında yazıb.
Paylaş :