FUTBOL
İranlı futbolçunu aşağı göndərdilər
Milan "İnter"inin 33 yaşlı hücumçusu Mehdi Taremi "neradzurri"nin gənclər komandasına transfer olunub.
Olimpnews.az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, əsas komandanın yeni baş məşqçisi Sebastyan Çivu onun xidmətindən yararlanmaq istəməyib. Hazırda iranlı hücumçu gənclərlə birlikdə məşq edir.
Qeyd edək ki, ötən mövsüm Mehdi İtaliya A Seriyasında 26 matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Tareminin Milanla hazırkı müqaviləsi 2027-ci ilin iyunun sonunda başa çatır.
Paylaş :