FUTBOL
"Bayern Münhen" "Maynts"ın müqavimətini qıra bilmədi
"Bayern Münhen" klubu futbol üzrə Almaniya Bundesliqasının 14-cü turunda xal itkisi ilə üzləşib.
Olimpnews.az xəbər verir ki, Vinsent Kompaninin komandası "Alyans Arena"da turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Maynts"la oyunda 2:2 hesablı bərabərliyə razılaşıb. Hazırda münhenlilər 38 xalla turnir cədvəlinə başçılıq edirlər. Onlar ən yaxın izləyicisi "Leypsiq"i 9 xal qabaqlayırlar. "Maynts" isə 7 xalla turnir cədvəlinin sonuncu - 18-ci pilləsində qərarlaşıb.
Paylaş :