Millimiz Türkiyədə təlim-məşq toplanışında iştirak edir

Millimiz Türkiyədə təlim-məşq toplanışında iştirak edir

Azərbaycanın qız basketbolçulardan ibarət U-16 yığması Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında hazırlıq keçir. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komandamız gün ərzində iki dəfə olmaqla məşqlərini davam etdirir. Hazırlıq çərçivəsində yoxlama oyunlarında da iştirak edən U-16 millimiz ilk görüşünü yerli "Daçka Şerifali"nin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirib. Oyun komandamızın 68:36 hesablı qələbəsi ilə başa çatıb.

Hazırlıq prosesi dekabrın 19-dək davam edəcək.