La Liqa kuboku Madriddə qalacaq

La Liqa kuboku Madriddə qalacaq

Madrid “Real”ı 2023/24 mövsümündə İspaniya La Liqanın qalibi olduğu üçün kuboku öz klub bazasında aparacaq.

AS nəşrinin məlumatına görə, kubokun təqdimat mərasimi bazar günü, mayın 12-də keçiriləcək. İspaniya Kral Futbol Federasiyası (RFEF) tədbirin bağlı qapılar arxasında keçiriləcəyi barədə "Real"ı əvvəlcədən xəbərdar edib.

Qeyd edək ki, bundan əvvəl kubokun La Liqanın 35-ci turu çərçivəsində “Qranada” ilə səfər oyunundan sonra təqdim olunması nəzərdə tutulurdu. Lakin Madrid klubu bu təklifə qarşı çıxıb. Səbəb isə rəqiblərin elit diviziondakı yerini qorumaq şanslarını itirdiyi halda, azarkeşlərin hər hansı bir narahatlıq yaratması ilə bağlıdır.