Dakar-2026-da mədəni irs simvolu

Dakar-2026-da mədəni irs simvolu

Olimpizm xəbərləri

Bugün, 13:00

Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları mədəni irsin təbliği və yerli dəyərlərin Olimpiya Hərəkatına inteqrasiyası baxımından növbəti tarixi yeniliyə imza atır.

Olimpnews.az xəbər verir ki, Olimpiya tarixində ilk dəfə olaraq yarışların bütün medal və mükafat altlıqları tamamilə Seneqalın yerli sənətkarları tərəfindən milli naxışlar, ənənəvi sənətkarlıq üsulları və yerli materiallar əsasında hazırlanıb. Medalların dizaynında Afrika palması və Dakar şəhərinin əsas simvollarından sayılan möhtəşəm Baobab ağacının motivləri həkk olunub.

Bu addım Seneqalın zəngin mədəniyyətini və yerli sənətkarların əl işini dünyaya tanıtmaqla yanaşı, Oyunların dayanıqlı irs fəlsəfəsini bir daha nümayiş etdirir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR