AMADA "Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması" proqramına start verib
AMADA
09.07.2026, 14:48
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) regionda ilk dəfə "Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması" proqramına start verib.
Olimpnews.az xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib.
Müxtəlif idman federasiyaları və təşkilatlarını təmsil edən 32 iştirakçının cəlb olunduğu proqramın məqsədi antidopinq sahəsində daxili ekspert resurslarının formalaşdırılmasını, institusional bilik və bacarıqların gücləndirilməsini, eləcə də əldə olunan antidopinq sahəsində biliklərin sistemli şəkildə daha geniş auditoriyaya çatdırılmasını təmin etməkdir.
Proqramın təlim hissəsi üç qrup və antidopinq fəaliyyətinin əsas istiqamətlərini əhatə edən üç tematik modul və təqdimat bacarıqları üzrə keçirilib. Təlim iştirakçıları antidopinq sahəsində hüquqi çərçivə, testetmənin əsasları, tibbi aspektlər və təqdimat bacarıqları üzrə bilik və bacarıqlar əldə ediblər. Tədris materialları beynəlxalq antidopinq standartlarına uyğun hazırlanıb. Proqramın məzmunu isə 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minməsi nəzərdə tutulan yeni Ümumdünya Antidopinq Məcəlləsinin prinsip və tələbləri nəzərə alınmaqla formalaşdırılıb.
Açılış nitqində AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə proqramın əhəmiyyətini vurğulayaraq bildirib ki, beynəlxalq antidopinq təcrübəsində təhsil dopinqlə mübarizənin ən vacib istiqamətlərindən biri hesab olunur. Onun sözlərinə görə, antidopinq qayda pozuntularının qarşısının alınmasında ən effektiv vasitə maarifləndirmə və təhsildir, çünki davamlı profilaktik nəticələr yalnız sistemli təhsil fəaliyyəti ilə əldə edilə bilər.
"Beynəlxalq təcrübə göstərir ki, federasiyaların öz daxilində hazırlıqlı və sertifikatlı təlimçilərin olması antidopinq təhsilinin davamlılığını və əlçatanlığını əhəmiyyətli dərəcədə artırır. Bu yanaşma biliklərin daha çevik ötürülməsinə, idmançı və mütəxəssislərlə müntəzəm əlaqənin qurulmasına, eyni zamanda təmiz idman dəyərlərinin təşkilat daxilində daha effektiv təşviqinə imkan yaradır. Məqsədimiz ölkədə keyfiyyətli antidopinq təhsilinin dayanıqlı və uzunmüddətli modelini formalaşdırmaqdır", – deyə icraçı direktor əlavə edib.
Proqramın yekun mərhələsində iştirakçılar nəzəri biliklər və təqdimat bacarıqlarını əhatə edən kompleks attestasiyadan keçəcəklər. İmtahanı uğurla başa vuran iştirakçılara AMADA tərəfindən rəsmi birillik "Təlimçi sertifikatı" təqdim olunacaq. Sertifikat sahibi olan təlimçilər təmsil etdikləri idman təşkilatlarında antidopinq üzrə təlim və seminarlar keçirmək, həmçinin AMADA ilə əməkdaşlıq çərçivəsində maarifləndirici və tədris fəaliyyətlərini həyata keçirmək icazəsi əldə edəcəklər. Təlimlərin keyfiyyətinin və effektivliyinin təmin olunması məqsədilə Agentlik tərəfindən mütəmadi monitorinq tədbirləri həyata keçiriləcək. Sertifikatlı təlimçilərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi üçün illik resertifikasiya mexanizmi tətbiq olunacaq.
Yeni proqramın ölkədə antidopinq təhsilinin əhatə dairəsinin genişlənməsinə, federasiyaların institusional potensialının güclənməsinə və təmiz idman mədəniyyətinin daha da inkişafına mühüm töhfə verəcəkdir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu adını qazandı
15.08.2026, 18:15 Cüdo
-
Gimnastımız dünya çempionatında iştirak edib
14.08.2026, 13:53 Gimnastika
-
Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
14.08.2026, 11:40 Futbol
-
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
14.08.2026, 10:57 Basketbol
-
Avropa çempionatının ilk günündə 3 boksçumuz qələbə qazanıb
14.08.2026, 10:19 Boks
-
"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb
14.08.2026, 10:05 Futbol
-
Konfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı
13.08.2026, 22:11 Gündəm
-
«Ən çox sevdiyim iş çörək bişirməkdir»
12.08.2026, 19:30 Formula 1
-
“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
12.08.2026, 18:23 Olimpiya dünyası
-
Argentinalı pilota ziyan vurublar
12.08.2026, 17:50 Formula 1
-
“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
12.08.2026, 16:50 Futbol
-
Yardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
12.08.2026, 16:42 Olimpiya dünyası
-
“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
12.08.2026, 15:23 Futbol
-
"Mercedes" sürücüsü subaylıqla vidalaşır
12.08.2026, 15:01 Formula 1
-
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
12.08.2026, 14:36 Futbol
-
AMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
12.08.2026, 14:22 AMADA
-
"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
12.08.2026, 14:06 Futbol
-
Lənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
12.08.2026, 13:52 Olimpiya dünyası
-
Sennanın avtomobili satışa çıxarılıb
12.08.2026, 13:39 Formula 1
-
“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
12.08.2026, 13:01 Futbol
-
Duşan Vlahoviç “Beşiktaş”la razılaşdı
12.08.2026, 12:45 Futbol
-
“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
12.08.2026, 12:12 Olimpiya dünyası
-
Pilotların yay tətili bir illüstrasiyada yer alıb
12.08.2026, 11:51 Formula 1
-
"Korintians" Memfis Depayla yollarını ayırdı
12.08.2026, 11:41 Futbol
-
Roberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
12.08.2026, 11:17 Futbol
-
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
12.08.2026, 11:01 Futbol
-
Monako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
12.08.2026, 10:48 Futbol
-
Kriştianu Ronaldo və Corcinya Rodriges evləndi
12.08.2026, 10:29 Futbol
-
Bayer Leverkusen növbəti transferini rəsmiləşdirdi
12.08.2026, 10:10 Futbol
-
"Sabah"ın rəqibi müəyyənləşdi
12.08.2026, 00:12 Futbol
-
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin edib
11.08.2026, 22:36 Futbol
-
Çempionlar Liqası: "Sabah" pley-offa vəsiqə qazandı
11.08.2026, 22:00 Gündəm
-
Horadizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
11.08.2026, 21:07 Olimpiya dünyası
-
Belçikalı ulduz futbolçu "Fənərbağça"da
11.08.2026, 13:43 Futbol