Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb

Futbol

Bugün, 13:45

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib.

Olimpnews.az xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, icraçı-direktoru Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, komandaların nümayəndələri, jurnalistlər iştirak ediblər.

Püşkün atılmasında xüsusi qonaq olaraq ölkənin ən titullu futbolçularından biri, Azərbaycan millisinin sabiq üzvü, hazırda 21 yaşadək futbolçulardan ibarət yığmada məşqçi kimi çalışan Qara Qarayev də iştirak edib.

Tədbirdə I və II təsnifat mərhələlərinin, həmçinin 1/8 finalın püşkü atılıb. Bu mərhələlərin oyunları bir görüşdən ibarət olacaq. 1/4 finaldan ev-səfər prinsipi tətbiq olunacaq.

34 komandanın qatıldığı Azərbaycan Kubokunun final matçı 2027-ci il mayın 12-də Gəncə stadionunda təşkil olunacaq.

Azərbaycan kuboku

I təsnifat mərhələsi

7-8 oktyabr

1. "Marafon" – "Dinamo"

2. "Qaradağ Lökbatan" – "Şəki"

3. "Şirvan" – "Kür-Araz"

4. "Ağdaş" – "Hypers"

5. "Şəmkir" – "Ağstafa Gəncləri"

6. "Difai" – "Zəngəzur"

II təsnifat mərhələsi

27-29 oktyabr

7. "Şimal" – "Araz-Naxçıvan"

8. 1-ci cütün qalibi – "Zaqatala"

9. "İmişli" – 2-ci cütün qalibi

10. 3-cü cütün qalibi – "Sumqayıt"

11. "Qəbələ" – "Mingəçevir"

12. MOİK – "Şahdağ Qusar"

13. "Xankəndi" – "Gəncəbasar"

14. 4-cü cütün qalibi – "Şamaxı"

15. "Şəfa" – 5-ci cütün qalibi

16. 6-cı cütün qalibi – "Karvan-Yevlax"

17. "Səbail" – "Zirə"

18. "Kəpəz" – "Baku Sportinq"

1/8 final

1-2 dekabr

19. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

20. "Sabah" – 9-cu cütün qalibi

21. 10-cu cütün qalibi – "Qarabağ"

22. 11-ci cütün qalibi – 12-ci cütün qalibi

23. 13-cü cütün qalibi – 14-cü cütün qalibi

24. "Neftçi" – 15-ci cütün qalibi

25. 16-cı cütün qalibi – 17-ci cütün qalibi

26. "Turan Tovuz" – 18-ci cütün qalibi

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR