Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
Olimpiya oyunları
13.11.2026, 23:32
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi təşkil olunub.
Olimpnews.az xəbər verir ki, Diamniadiodakı Atletlər Kəndində yerləşən “Village Plaza”da keçirilən tədbir Oyunların açılış mərasimindən ən yaddaqalan anları əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Sonra iştirakçı ölkələrin paradı olub. Olimpiya ənənəsinə uyğun olaraq, paradın önündə Yunanıstan komandası yer alıb. Daha sonra digər ölkələrin idmançıları ilə birgə Azərbaycan komandası da paraddan keçib. Gender bərabərliyinə görə üçrəngli bayrağımızı Oyunların gümüş mükafatçıları - boksçu Gülər Hüseynova (51 kq) və taekvondoçu Adil Kazımlı (-73 kq) daşıyıblar.
Xatırladaq ki, oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülərimiz - III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə və VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşımışdılar.
Tədbir çərçivəsində Oyunların təşkilində iştirak edən könüllülərə minnətdarlıq ifadə olunub.
Ardınca Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Mamadou Diaqna Ndiaye çıxış edib. O, yarışların təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib, Seneqala gələn qonaqların bu ölkədən xoş təəssüratlarla, yeni dostluq əlaqələri və unudulmaz xatirələrlə ayrılacaqlarına ümidvar olduğunu söyləyib. Təşkilat Komitəsinin rəhbəri Seneqal xalqının nümayəndə heyətlərini böyük hörmət və səmimiyyətlə qarşıladığını vurğulayaraq iştirakçıları gələcəkdə yenidən ölkəsində görmək arzusunu ifadə edib.
Sonra Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri çıxış edib. O, ilk növbədə Təşkilat Komitəsinin prezidenti Mamadou Diaqna Ndiayeyə və onun rəhbərlik etdiyi komandaya son səkkiz il ərzində Oyunların təşkili istiqamətində göstərdikləri gərgin əməyə görə təşəkkür edib. BOK prezidenti könüllülərin və təşkilatçı heyətin xidmətlərini də xüsusi qeyd edərək onların bu mötəbər idman tədbirinin yüksək səviyyədə keçirilməsinə mühüm töhfə verdiklərini bildirib.
Kirsti Koventri idmançılara müraciətində Dakar-2026-nın Olimpiya tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Afrika qitəsində ilk dəfə təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edən gənclər tarixi hadisənin bir parçasına çevriliblər. BOK prezidenti son 14 gün ərzində idmançıların qazandıqları təcrübənin, yaşadıqları sevincin və qurduqları dostluqların gələcək həyatlarında mühüm rol oynayacağına əminliyini ifadə edib.
O, gəncləri Oyunlarda qazandıqları təcrübədən ilhamlanaraq dünyanı dəyişməyə, daha yaxşı gələcəyin qurulmasına töhfə verməyə çağırıb. Kirsti Koventri idmançıların yalnız öz ölkələri üçün deyil, ailələri və təmsil etdikləri icmalar üçün də nümunə və ilham mənbəyi olduqlarını diqqətə çatdırıb.
BOK prezidenti çıxışının sonunda Seneqal xalqına və Dakar sakinlərinə göstərdikləri qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Çıxışlardan sonra Beynəlxalq Olimpiya Komitəsinin rəsmi himni səsləndirilib və Olimpiya bayrağı endirilib.
Qeyd edək ki, Dakar-2026-da 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunan Azərbaycan komandası Oyunları 3 qızıl və 3 gümüş medalla başa vurub. Qızıl medalları komandamıza cüdoçu İbrahim Talıbov (-55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq), taekvondoçumuz Adil Kazımlı (-73 kq) və boksçumuz Gülər Hüseynova (51 kq) isə Oyunları gümüş medalla başa vurublar. Komandamız bu nəticə ilə ümumi medal sıralamasında 13-cü yeri tutub. Çin Xalq Respublikasının yığması 18 qızıl, 8 gümüş və 7 bürünc medalla birinci olub. Yaponiya komandası 11 qızıl, 8 gümüş və 9 bürünc medalla ikinci, Rusiya yığması isə 8 qızıl, 4 gümüş və 2 bürünc medalla üçüncü yeri tutub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
13.11.2026, 23:32 Olimpiya oyunları
-
Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
13.11.2026, 15:00 Olimpiya oyunları
-
Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
13.11.2026, 13:30 Boks
-
Bu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
13.11.2026, 12:09 Olimpiya oyunları
-
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq
13.11.2026, 10:45 Futbol
-
Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar
13.11.2026, 00:38 Şahmat
-
Qılıncoynadanımız Dakar-2026-nın son günündə mübarizəyə başlayır
12.11.2026, 23:20 Olimpiya oyunları
-
Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib
12.11.2026, 23:03 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Boks üzrə qızlar arasında Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ilk medalını qazandım"
12.11.2026, 17:48 Olimpiya oyunları
-
Azərbaycan komandası Avropa çempionatında ikinci yeri tutub
12.11.2026, 17:30 Gündəm
-
Boksçumuz Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazandı
12.11.2026, 16:13 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
12.11.2026, 13:26 Olimpiya oyunları
-
Azərbaycan konstitusiyası - dövlətçilik tariximizin, suverenliyimizin və milli iradəmizin təcəssümü
12.11.2026, 12:59 Olimpiya dünyası
-
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
12.11.2026, 10:28 Gündəm
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
12.11.2026, 02:30 Gündəm
-
Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”
12.11.2026, 00:10 Olimpiya oyunları
-
Boksçumuz Dakar-2026-da final görüşünə çıxacaq
11.11.2026, 23:23 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandası medal siyahısının 12-ci pilləsində qərarlaşır
11.11.2026, 23:09 Olimpiya oyunları
-
Azərbaycan taekvondoçusu Dakar-2026-da gümüş medal qazandı
11.11.2026, 21:56 Olimpiya oyunları
-
Taekvondoçumuz Dakar-2026-nın finalında
11.11.2026, 20:24 Olimpiya oyunları
-
Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
11.11.2026, 18:24 Cüdo
-
Dakar-2026: Taekvondoçumuz finalın bir addımlığında
11.11.2026, 17:00 Olimpiya oyunları
-
Dakar-2026: Boksçumuz finala vəsiqə qazandı
11.11.2026, 16:45 Olimpiya oyunları
-
Bu gün iki idmançımız Dakar-2026-da mübarizə aparacaq
10.11.2026, 23:55 Olimpiya oyunları
-
Dakar-2026: Komandamız ilk "onluğ"u tərk etdi
10.11.2026, 23:21 Olimpiya oyunları
-
Velosipedçimiz Dakar-2026-da çıxışını başa vurdu
10.11.2026, 17:24 Olimpiya oyunları
-
Şose velosipedçimiz Dakar-2026-da növbəti yarışa qatılacaq
10.11.2026, 09:00 Olimpiya oyunları
-
Tunar Quliyev: “Son saniyəyə qədər mübarizə apardım və arzuladığım qələbəni qazandım”
10.11.2026, 04:18 Olimpiya oyunları
-
Elgün Kərimli: "Xalqımızın Zəfər Günündə üçrəngli bayrağımızı fəxri kürsüdə dalğalandırdıq"
10.11.2026, 03:57 Olimpiya oyunları
-
Oyan Nəzəriani: "Biz rəqiblərimizdən hər bir cəhətdən üstün idik"
10.11.2026, 03:52 Olimpiya oyunları
-
Nihad Süleymanlı: "Gələcəkdə çempion olmaq üçün əlimdən gələni edəcəyəm”
10.11.2026, 03:17 Olimpiya oyunları
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında medal qazanan çimərlik güləşçilərimiz Vətənə qayıdıb
10.11.2026, 03:05 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə geriləyib
10.11.2026, 00:44 Olimpiya oyunları
-
Boksçumuz Gülər Hüseynova Dakar-2026-da yarımfinala yüksəlib
09.11.2026, 21:52 Olimpiya oyunları