Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Olimpiya oyunları
Bugün, 00:34
Oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.
Olimpnews.az xəbər verir ki, Afrika qitəsində ilk dəfə təşkil olunan Oyunların açılış mərasiminə Abdulaye Vade stadionu ev sahibliyi edib.
Mərasim proqramına əsasən, Afrikanın zəngin yerli mədəniyyətini, Seneqalın tarixi və adət-ənənələrini nümayiş etdirən xüsusi səhnələr canlandırılıb. Yerli etnoqrafik motivləri əks etdirən genişmiqyaslı açılış şousu tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Rəsmi hissədə hərbçilərin iştirakı ilə Seneqalın dövlət bayrağı stadiona gətirilib. Açılış mərasimində əsas məqamlarından biri atletlərin paradı olub. Olimpiya ənənəsinə əsasən, ilk olaraq Yunanıstan komandası paraddan birinci keçib. Daha sonra digər ölkələrin nümayəndə heyətlərinin keçidi davam edib. Azərbaycan yığma komandası da paradda uğurla addımlayıb. Gender bərabərliyinə görə üçrəngli bayrağımızı üzgüçülərimiz - III MDB Oyunlarının qalibi və VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə ilə VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşıyıb.
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Mamadou Diaqna Ndiaye açılış mərasimində çıxış edərək bu mötəbər idman tədbirinin ilk dəfə Afrika qitəsində təşkil olunmasının tarixi əhəmiyyətini vurğulayıb.
O, çıxışında Oyunların reallaşmasında əməyi olan Seneqal rəhbərliyinə, Beynəlxalq Olimpiya Komitəsinə və Təşkilat Komitəsinin üzvlərinə təşəkkürünü bildirib. Qeyd edib ki, uzun və çətin hazırlıq prosesindən sonra Dakar dünyanın müxtəlif ölkələrindən gələn gənc idmançıları qəbul etməkdən qürur duyur.
Mamadou Diaqna Ndiaye Olimpiya məşəlinin Seneqalın 14 regionunu əhatə edən səyahətinin xalqı bir araya gətirdiyini, Oyunların isə təkcə idman yarışları deyil, həm də dostluq, birlik, qarşılıqlı hörmət və mədəniyyətlərarası dialoq platforması olduğunu diqqətə çatdırıb.
Təşkilat Komitəsinin prezidenti gənc idmançılara müraciətində onları rəqabətlə yanaşı, dostluğa və qarşılıqlı dəstəyə də önəm verməyə çağırıb. O vurğulayıb ki, Dakar-2026-nın əsas məqsədi medallar və rekordlarla yanaşı, gənclər arasında birlik və həmrəylik ruhunu gücləndirməkdir.
O, həmçinin Oyunların Seneqal üçün davamlı irs formalaşdıracağını, yarışlar üçün yaradılan idman infrastrukturunun gələcəkdə də yerli əhaliyə xidmət edəcəyini bildirib.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri açılış mərasimində çıxış edərək Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının Afrika qitəsində təşkil olunmasını tarixi hadisə kimi qiymətləndirib.
BOK prezidenti bu məqamın təkcə Seneqal və Afrika üçün deyil, bütövlükdə Olimpiya Hərəkatı üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, Oyunların yüksək səviyyədə təşkili və idmançılara göstərilən qonaqpərvərliyə görə Seneqal rəhbərliyinə, Təşkilat Komitəsinə, könüllülərə və ölkə xalqına təşəkkürünü çatdırıb.
Kirsti Koventri qeyd edib ki, Dakar-2026-nın əsas xüsusiyyətlərindən biri gənclərin təşkilati prosesin mərkəzində dayanmasıdır. Onun sözlərinə görə, təkcə gənc idmançılar deyil, Seneqalın gəncləri də öz ideyaları, yaradıcılıqları və fəallıqları ilə bu Oyunların ərsəyə gəlməsinə töhfə veriblər. O, bunu “gənclər üçün, gənclərin təşkil etdiyi Oyunlar” kimi səciyyələndirib.
Afrikalı qadın kimi bu tarixi hadisənin iştirakçısı olmaqdan qürur duyduğunu vurğulayan BOK prezidenti gənc idmançılara müraciətində onları cəsarətli olmağa, yeni dostlar qazanmağa, müxtəlif ölkələrin nümayəndələri ilə ünsiyyət qurmağa və yarışlardan zövq almağa çağırıb. O bildirib ki, idman insana özünə inam qazandırır, böyük arzular qurmağa və yeni imkanlar əldə etməyə şərait yaradır.
Kirsti Koventri çıxışının sonunda bütün iştirakçıları Dakar-2026-nın hər anını dəyərləndirməyə çağırıb.
Sonra Seneqal Respublikasının Prezidenti Bassiru Diomay Fayeni Oyunları açıq elan edib.
Təntənəli açılış zamanı müxtəlif rəqs elementləri və kompozisiyalar nümayiş olunub. Sonra Olimpiya bayrağı arenaya gətirilib və məşəl alovlandırılıb.
Noyabrın 13-dək davam edəcək mötəbər yarışda dünyanın müxtəlif ölkələrindən olan istedadlı yeniyetmə idmançılar 25 idman növü üzrə qüvvələrini sınayacaqlar. Afrika qitəsində ilk dəfə təşkil olunacaq Olimpiya tədbirində Azərbaycan 8 idman növündə 13 idmançı ilə təmsil olunacaq. İdmançılarımız Dakar Olimpiadasında çimərlik güləşi, üzgüçülük, taekvondo, boks, qılıncoynatma, şosse velosipedi, cüdo və atletika idman növləri üzrə yarışlarda mübarizə aparacaqlar. Komandamızın heyətində çimərlik güləşi idman növündə dörd idmançımız - Günel Kərimli (55 kq), Elgün Kərimli (90 kq), Tunar Quliyev (70 kq) və Nihad Süleymanlı (80 kq), üzgüçülük yarışlarında Süleyman İsmayılzadə və Məryəm Cavadova, taekvondoda Zəhra İsayeva (44 kq) və Adil Kazımlı (73 kq), boksda Gülər Hüseynova (51 kq), qılıncoynatmada Abbas Hüseynov, şosse velosipedində Nihad Xudoyev, cüdoda İbrahim Talıbov (-55 kq), atletikada isə Daniil Şuvayev Azərbaycanı təmsil edəcəklər.
Təmsilçilərimizdən mübarizəyə ilk olaraq cüdoçumuz İbrahim Talıbov başlayacaq. -55 kq çəki dərəcəsində qüvvəsini sınayacaq yeniyetmə cüdoçumuz noyabrın 1-də 1/4 finalda İbrahim Mussa (Mərkəzi Afrika Respublikası) / Cahan Zib Tarin (Əfqanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Bugün, 00:34 Olimpiya oyunları
-
Cüdo millimiz Avropa çempionatını birinci pillədə tamamladı
31.10.2026, 22:14 Cüdo
-
Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib
31.10.2026, 22:04 Olimpizm xəbərləri
-
Millimizin bütün təmsilçiləri cüdo üzrə Asiya Kubokunda mükafatçılar sırasında yer aldılar
31.10.2026, 21:47 Cüdo
-
Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub
31.10.2026, 21:12 Olimpiya oyunları
-
Uşanqi Kokauri "Böyük Dəbilqə" turnirində gümüş medal qazandı
31.10.2026, 20:34 Cüdo
-
Sərbəst güləşçimiz dünya çempionatında gümüş medal qazandı
31.10.2026, 19:00 Güləş
-
Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşdi
31.10.2026, 18:52 Cüdo
-
Olimpiya mükafatçımız Astanadakı dünya çempionatında bürünc medal qazandı
31.10.2026, 17:54 Güləş
-
İki sərbəst güləşçimiz dünya çempionatının yarımfinalında
31.10.2026, 17:37 Olimpizm xəbərləri
-
Abşeron-Xızı cüdo çempionatının qalibləri müəyyənləşib
31.10.2026, 17:20 Cüdo
-
Cüdoçumuz U-23 Avropa çempionatında qızıl medal qazandı
30.10.2026, 20:53 Cüdo
-
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
30.10.2026, 19:54 Gündəm
-
Olimpiya mükafatçımız "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı
30.10.2026, 19:12 Cüdo
-
Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
30.10.2026, 17:38 Olimpiya oyunları
-
Sərbəst güləşçimiz dünya çempionatının finalında
30.10.2026, 17:10 Güləş
-
“Qələbə qaçışı”nda rekord sayda iştirakçı olacaq
30.10.2026, 16:30 Atletika
-
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
30.10.2026, 15:43 Velosiped
-
AMADA nümayəndələri beynəlxalq vebinarda iştirak ediblər
30.10.2026, 14:47 AMADA
-
"Rəsmin ulduzları 3” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
30.10.2026, 14:20 MOK
-
Neapolda U-23 Avropa çempionatına start verilir
30.10.2026, 11:00 Cüdo
-
"Böyük Dəbilqə": Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
30.10.2026, 10:46 Cüdo
-
Misli Premyer Liqasında X tura start verilir
30.10.2026, 10:40 Futbol
-
Basketbol Liqasında V tur həyəcanı başlayır
30.10.2026, 10:35 Basketbol
-
FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
30.10.2026, 10:14 Olimpizm xəbərləri
-
"Böyük Dəbilqə" turnirində növbəti qızıl medal
29.10.2026, 19:10 Olimpizm xəbərləri
-
Könül Əliyeva "Böyük Dəbilqə" yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın olub
29.10.2026, 19:00 Cüdo
-
Mədəni irsimizin və yaddaşımızın güzgüsü: idman tarixi, zorxanalar və inkişaf yolumuz
29.10.2026, 15:27 Olimpiya dünyası
-
Adil Kazımlı: “Belə mötəbər yarışda Azərbaycanı təmsil etmək xüsusi əhəmiyyət daşıyır”
29.10.2026, 15:00 Taekvondo
-
Üç güləşçimiz dünyaçempionatında məğlub oldu
29.10.2026, 14:37 Olimpizm xəbərləri
-
ACF-də adaptiv cüdo üzrə təlimlər keçirilir
29.10.2026, 13:34 Olimpizm xəbərləri
-
Elnur Amanov: “Ümid edirəm ki, keçdiyimiz hazırlıq prosesi uğurlu çıxış etməyimizə kömək edəcək”
29.10.2026, 13:27 Taekvondo
-
Tunar Quliyev: “Əsas məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdir”
29.10.2026, 12:35 Güləş
-
Azərbaycanın iki taekvondoçusu Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çıxış edəcək
29.10.2026, 12:23 Taekvondo