FUTBOL
"Qalatasaray" Musleranın yerinə dünya səviyyəli qapıçı gətirir?
“Qalatasaray” klubunun rəhbərliyi mövsümün sonunda klubdan ayrılacağı gözlənilən Fernando Muslera üçün əvəzləyici axtarışına çıxıb.
“Olimpnews.az” xəbər verir ki, “aslanlar”ın qapı xəttini gücləndirmək üçün artıq iki namizədi var. Bunlar Alisson Bekker ("Liverpul") və Ederson Moraesdir ("Mançester Siti").
Lakin hər iki çərçivə qoruyucusunun maliyyə tələbləri və transfer bazarındakı rəqabət səbəbilə kluba qoşulması o qədər də real görünmür. Klub rəhbərliyi isə Musleranın yoxluğunu məhz bu iki qapıçıdan biri ilə doldurmağı yaxınmüddətli həfələr planına daxil edib. Əgər maliyyə səbəbindən bu transferlər baş tutmazsa, klubun alternativ variantlar üzərində çalışacaq.
Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən “Qalatasaray”ın heyətində çıxış edir.
Paylaş :