FUTBOL
PSJ 95 milyona aldığı hücumçusundan yaxa qurtarmaq istəyir
Fransanın PSJ klubu yay transfer pəncərəsində hücumçusu Randal Kolo Muani ilə yollarını ayıracaq.
Olimpnews.az xəbər verir ki, 26 yaşlı hücumçu bu ay ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatında icarə əsasında "Yuventus"un heyətində çıxış edəcək. Fransalı forvard turnirdən sonra PSJ klubunun düşərgəsinə qayıdacaq. Parislilər isə sərfəli təklif gələcəyi halda oyunçunu komandadan göndərəcək.
Qeyd edək ki, PSJ Muanini 2 il əvvəl 95 milyon avroya transfer edib.
Paylaş :