CÜDO
Yeniyetmələr arasında Liqa yarışının ikinci turu keçiriləcək
İyunun 18-20-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turu keçiriləcək.
Olimpnews.az xəbər verir ki, yarışda 94 klub və idman cəmiyyətindən olan 816 cüdoçu (651 oğlan, 165 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq cədvəli formalaşacaq.
Paylaş :