FUTBOL
"Qoca sinyora" Almaniya brendi ilə razılaşıb
"Yuventus" Almaniya brendi olan "Adidas"la yeni müqavilə imzalayıb. İtaliya klubunun rəsmi saytı xəbər verir ki, müqavilə on il müddətinə (2027/28 mövsümündən 2036/37 mövsümü) qədər nəzərdə tutulub. Müqavilənin bütün müddəti ərzində "Qoca sinyora" 408 milyon avro əldə edəcək. Qeyd edək ki, "Yuventus" və "Adidas" 2015-ci ildən etibarən əməkdaşlıq edirlər.
Paylaş :