FUTBOL
Klublararası dünya çempionatında daha bir 1/4 finalçı müəyyənləşdi
Futbol üzrə klublararası dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, 1/4 finala vəsiqə uğrunda növbəti görüşdə İtaliyanın "İnter" və Braziliyanın "Fluminense" klubları üz-üzə gəlib.
"Bank of Amerika" stadionunda keçirilən oyun cənubi amerikalıların inamlı qələbəsi ilə yekunlaşıb-0:2. Oyunda hesab erkən qolla açılıb. Belə ki, qarşılaşmanın 3-cü dəqiqəsində Cerman Cano fərqlənib. Matçın 90+3-cü dəqiqəsində isə Herkules rəqib qapısından ikinci topu keçirərək oyunun yekun hesabını müəyyənləşdirib. Beləliklə Brazilya təmsilçisi 2:0 hesablı qələbə sayəsində adını 1/4 finala yazdırıb.
Paylaş :