FUTBOL
Temmi Abraham "Beşiktaş"la müqavilə imzalamaq üçün İstanbula gəlir
İtaliyanın "Roma" klubunda çıxış edən 27 yaşlı hücumçu Temmi Abraham karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Olimpnews.az xəbər verir ki, ingiltərəli futbolçu icarə əsasında “Beşiktaş” klubuna keçəcək. Müqavilədə satınalma bəndi də yer alıb. Belə ki, bir illik icarə müddəti başa çatdıqdan sonra oyunçu ilə üç mövsümlük müqavilə imzalanacaq. “Ağ-qaralar” transfer başa çatdıqdan sonra İtaliya klubuna 15 milyon avro ödəyəcək. Nigeriya əsilli ingilis futbolçu ildə 6 milyon avro qazanacaq.
Tibbi müayinədən sonra hücumçu rəsmi müqavilə imzalamaq üçün İstanbula yollanıb.
Paylaş :