OLİMPİYA DÜNYASİ
MOK-un iki üzvü AOK-un müxtəlif komissiyalarına üzv seçilib
Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsi 2025-2029-cu illər üzrə komissiyanın yeni tərkibini təsdiqləyib.
Olimpnews.az xəbər verir ki, komissiyanın yeni tərkibində Milli Olimpiya Komitəsinin (MOK) iki üzvü də yer alır.
Qərara əsasən Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin müdiri Həsənağa Rzayev Avropa Olimpiya Komitələrinin (AOK) eSports Komissiyasının, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov Avropa İttifaqı və Beynəlxalq Əlaqələr Komissiyasının üzvü seçiliblər.
Paylaş :