FUTBOL
"Liverpul"un məşhur futbolçusu qəzada faciəvi şəkildə dünyasını dəyişdi
“Liverpul” da çıxış edən 28 yaşlı portuqaliyalı futbolçu Dioqo Jota bu gün səhər İspaniyanın Samora əyalətində avtomobil qəzasında dünyasını dəyişib.
Olimpnews.az Marca-ya istinadən xəbər verir ki, qəza zamanı futbolçunun 26 yaşlı qardaşı Andre Silva da avtomobildə yanaraq həlak olub.
Qeyd edək ki, portuqaliyalı futbolçu 10 gün əvvəl nişanlısı Ruta Kardoza ilə ailə həyatı qurmuşdu. Cütlüyün üç övladı var.
O, ötən ay Portuqaliya millisi ilə birlikdə UEFA Millətlər Liqasının qalibi olmuşdu. Portuqaliya Futbol Federasiyası futbolçunun və qardaşının avtoqəzada ölümü ilə bağlı bəyanat yayaraq kədərləndiklərini bildiriblər.
Paylaş :